
Bakıda polis əməkdaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Bu gün Nardaran qəsəbəsində "VAZ-21011" markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən "VAZ-21015" markalı avtomobillə toqquşub. Hadisə zamanı iki avtomobildə olan 5 nəfər xəsarət alıb.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, xəsarət alanlardan 3 nəfəri Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı olub. Onların hər üçü Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.
Qaynar.info