Xəbər lenti

Bakıda ana uşağını sığınacağa atdı - Analıq hüququndan məhrum ediləcək
Ölkə16:33 09.11.2021

Bakıda ana uşağını sığınacağa atdı - Analıq hüququndan məhrum ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ana dünyaya gətirdiyi övladını sığınacağa atıb.
Bu barədə Qaynarinfo-ya "Təmzi Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Sədr onun analıq hüququndan məhrum ediləcəyini bildirib:
"Qeyri-rəsmi nikahdan doğulan qızımızın təəssüf ki, anasını tapmaq mümkün deyil. Uşağın anası cəmi bir dəfə sığınacağa gəldi və "geri qayıdacam" deyib getdi. Amma bir daha gəlmədi. Hazırda dövlət qurumları da valideyni axtarır. Çox güman ki, analıq hüququndan məhrum ediləcək".
Qeyd edək ki, bir müddət öncə Bakıda ana uşağını dayəyə verib və yoxa çıxması ilə bağlı məlumat yayılmışdı. Ondan xəbər çıxmadığını görən dayə uşağı sığınacağa gətirib. 
Bahar Rüstəmli