
Bu gecə saat 02:00 radələrində Bakının Xəzər rayonunda evlərin birində qadın və kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, onların kimliyi məlum olub.
Belə ki, meyitlər Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15 mənzil 60 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və onun oğlu 1968-ci il təvəllüdlü Yuri Abuşova aiddir. Onların meyitləri üzərndə heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. İlkin araşdırmalara görə, onlar bir neç gün əvvəl ölüblər. İlkin ehtimala görə, ölümə səbəb zəhərlənmə olub. Meyitlər tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır. //ANS PRESS