Xəbər lenti

Bakıda anti-erməni aksiyası - FOTOLAR
Ölkə15:23 22.11.2014

Bakıda anti-erməni aksiyası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni nümayəndələrinin də qatıldığı Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasının işini pozmaq üçün iclas keçirilən “Alov Qüllələri” otelinə daxil olmağa cəhd göstərib. QAT-çılar bir neçə saat ərzində müxtəlif adlar altında niyyətlərini həyata keçirməyə çalışıblar, lakin polis qüvvələrinin həddindən artıq çox olması buna imkan verməyib.
QAT sədri Akif Nağı Musavat.com-a bildirib: “Biz cəhdlərimizi gün ərzində ayrı-ayrı qruplar şəkilində davam etdirəcəyik. Bizim məqsədimiz aksiya keçirmək deyil, iclas zalına daxil olub, ermənilərin rədd olub getməsinə nail olmaqdır. Erməni nümayəndələrin Bakıya dəvət olunması adi məsələ deyil, bu gediş-gelişlərin artması, adi hala keçməsi Qarabağın işğaldan azad edilməsi şansını heçə endirir. 
Bunu ermənilər də, beynəlxalq təşkilatlar da gözəl bilir, ona görə də bu təşəbbüsləri edirlər. Biz bu prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Baş verə biləcək faciəli hadisələrin məsuliyyəti isə beynəlxalq təşkilatların və Azərbaycan hakimiyyətinin üzərinə düşəcək”.
Qaynar.info