Xəbər lenti

Bakıda at və eşşək qalıqları tapıldı
Ölkə07:40 25.01.2014

Bakıda at və eşşək qalıqları tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və eşşək başları aşkarlanıb.

Qəsəbə sakinlərinin ans press-ə verdiyi məlumata görə, 14-cü kalon deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları var.

Ərazidə yaşıyanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyirlər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını deyirlər.

Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və eşşək ayağı aşkarlanmışdı. Eyni zamanda Xaçmaz rayonunun Qımıl kəndi ərazisində isə təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalmışdı.

Qaynar.info