Xəbər lenti

Bakıda avtobus daha bir nəfərin həyatına son qoydu
Ölkə05:46 15.01.2014

Bakıda avtobus daha bir nəfərin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

160 saylı xətt avtobusunun sürücüsü qəfil idarəetməni itirib və nəqliyat vasitəsi piyadanı vurub


Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Qəza Binə qəsəbəsi Südçülük sovxozunda qeydə alınıb.

Metronun Qara Qarayev stansiyası ilə Südçülük sovxozu yaşayış massivi aralarında işləyən 160 saylı xətt avtobusunun sürücüsü qəfl idarəetməni itirib və nəqliyat vasitəsi piyadaya dəyib. Zərbənin təsirindən yerə yıxılan orta yaşlarında olan naməlum şəxs hadisə yerindəcə keçinib.

Dərhar əraziyə Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları gəlib və avtotexniki ekspertiza təyin olunub. Meyit isə müayinə olunmaq üçün tibbi ekspertiza komisiyasına göndərilib.

Hadisənin baş vermə səbəbinə gəlincə hadisə şahidləri sürüdünün avtobusu yüksək sürətlə idarə etdiyini iddia edirlər.

Digər bir versiya isə yolun işıqlandırılmaması və görmənin məhdudluğudur.


Qaynar.info