Xəbər lenti

Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdı - VİDEO
Ölkə13:18 06.06.2015

Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Şəhərin mərkəzindən Sabunçu dairəsi istiqamətində hərəkət edən "Otoyol" markalı sərnişin avtobusu sürücünün qəfildən idarəetməni itirməsi səbəbindən yoldan çıxıb və yolun kənarındakı dəmir çəpərlərə çırpılıb. 
Şahidlərin və ərazidə xidmət aparan YPX müfəttişlərinin verdiyi məlumata görə, avtobusun sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb. 
Qaynar.info ANS TV-yə istinadən xəbər verir ki, avtobusun metronun "Koroğlu" stansiyası-Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 166 saylı xətt marşrutuna aid olduğu və həmin vaxt xətdən çıxaraq dayanacağa getdiyi ehtimal olunur. 
Qəza baş verən zaman avtobusda sərnişinlər olmayıb. Avtoqəza sərnişin avtobusunun və yolkənarı çəpərlərin ziyan görməsi ilə nəticələnib. 
Yol qəzası ilə bağlı araşdırmalar aparılır. 
Qaynar.info