Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O, bildirib ki, gecikmələr sıxlıq səbəbindən baş verib.
"Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”.