Xəbər lenti

Bakıda avtomobil hərracı: qiymətlər 1200 manatdan başlayır
Ekonomiks09:29 29.07.2017

Bakıda avtomobil hərracı: qiymətlər 1200 manatdan başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmlak Məsələləri Dövlət Komitəsi alınmadığı üçün təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edib.

Komitədən "Qaynarinfo"ya verilən məlumata görə, siyahıda Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin satışa çıxardığı avtomobilər də var.

QAZ-270500, “Opel Omeqa”, “Doğan-S” markalı avtomobillər AMEA-nın hərracda satmaq istədiyi nəqliyyat vasitələridir ki, qiymətləri 1200 manatla 1700 manat arasında dəyişir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti də hərracda 2005-ci ilin Mitsubişi L 200 avtomobilini 3750 manata satışa çıxarıb. "Azərsu" ASC Birləşmiş Sukanal MMC isə KamAZ və QAZ-270500 avtomobillərini hərraca təqdim edib.

Hərrac avqust ayının 29-da keçiriləcək.

Qaynarinfo.Az