Xəbər lenti

Bakıda avtomobildə 11 kq civə aşkarlandı
Ölkə11:08 05.06.2019

Bakıda avtomobildə 11 kq civə aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi "Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.