
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ötən il paytaxtda nəqliyyat vasitələrinin gündəlik sayca ən çox hərəkət etdiyi yolların siyahısını açıqlayıb.
NİİM-dən verilən məlumata görə, ötən il nəqliyyat vasitələrinin ən çox hərəkət etdiyi yollar Bakı-Sumqayıt şossesi, Heydər Əliyev, Ziya Bünyadov və Neftçilər prospektləri, eləcə də Üzeyir Hacıbəyov, Rəşid Behbudov və Yusif Səfərov küçələri olub.
Qaynar.info

