Xəbər lenti

Bakıda ayaqqabı oğurlandı - 2100 cüt
Ölkə12:11 18.02.2016

Bakıda ayaqqabı oğurlandı - 2100 cüt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib.

Qaynar.info report.az-a istinadən xəbər verir ki, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.

Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb.

Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Qaynar.info