Xəbər lenti

Bakıda azyaşlı uşağın ayaqlarını zəncirləyib, evdə tək qoydular (FOTOFAKT)
Ölkə11:24 21.08.2019

Bakıda azyaşlı uşağın ayaqlarını zəncirləyib, evdə tək qoydular (FOTOFAKT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi rayonu Cavadxan küçəsi, bina 56-da azyaşlı uşağın ayaqları anası və xalası tərəfindən bir-birinə zəncirlənib.
Qaynarinfo-nun anews.az-a istinadən məlumatına görə, yayılan videoda azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və iki gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-yə kimi işdə olurlar. 
Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.
Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü videonu təqdim etmirik.