Xəbər lenti

Bakıda bağça satışa çıxarıldı - FOTO
Ölkə06:15 14.04.2017

Bakıda bağça satışa çıxarıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özəlləşdirmə proqramı çərçivəsində növbə təhsil müəssisələrinə də çatdı.

"Qaynar" Fins.az-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda  H.Ələsgərov, ev 27 ünvanındakı uşaq bağçası satışa çıxarılıb.

2 mərtəbəli bina 1937-ci ildə istifadəyə verilib. Bağçanın ümumi torpaq sahəsi  0,31 ha, tikintialtı  sahəsi isə 1 174,8 kv. metrdir. İndi burada 30 nəfər işçi çalışır. 

Baxçanın əsas korpusu, əlavə tikilisi, anbarı, su qazaxanası, oyun otaqları və digər əmlakları var.

Burada əsasən  məktəbəqədər yaşlı uşaqların 5 günlük iş rejimində 10.5 saat ərzində baxçada qalmasını təmin etmək, valideynlərin arzu və tələbləri əsasında qruplar (ingilis dili, ritmik gimnastika və gənc rəssamlar studiyası) təşkil etmək,  nitq və sensor inkişafa görə başqalarından geridə qalan uşaqlar üçün loqopedik məsləhət və məşğələlər təşkil etmək kimi xidmətlər göstərilir.

Qeyd edək ki, hələlik bağçanın ilkin satış qiyməti açıqlanmır. 

Qaynar.Az