Xəbər lenti

Bakıda badımcandan telefon çıxdı - FOTO
Ölkə09:48 04.06.2014

Bakıda badımcandan telefon çıxdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda təcridxanada badımcanın içərisindən mobil telefon çıxıb. 

Anspress-in Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq təcridxanasında axtarış-baxış keçiriblər. 

Təcridxanada saxlanılan İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış olub. 

Keçirilən baxış zamanı sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilib.

Qeyd edək ki, İbrahim Muxtarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info