Xəbər lenti

Bakıda "BakuBus" avtobusu yandı
Ölkə05:00 01.09.2020

Bakıda "BakuBus" avtobusu yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Sabunçu rayonunda "Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib. BNA-dan bildirilib ki, bu gün səhər saatlarında "BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:
"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".