Xəbər lenti

Bakıda baş redaktor yandırılaraq öldürüldü - ŞOK
Ölkə19:20 26.04.2014

Bakıda baş redaktor yandırılaraq öldürüldü - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yandırılmış meyiti tapılıb. 

Rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Bu gün onun meyiti yandırılmış halda aşkarlanıb. 

Məlumata görə, S.Soltanovun üzərinə benzin tökərək od vurublar.

Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.

Mərhum "Mizan-Tərəzi" qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.

Mərhumun hansı səbəbdən öldürülməsi qaranlıq olaraq qalır.//politika.az