Xəbər lenti

Bakıda başsız qadın meyiti tapılıb
Ölkə14:08 13.03.2013

Bakıda başsız qadın meyiti tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda naməlum qadın meyiti tapılıb. Binəqədi Rayon Polis İdarəsindən APA- ya verilən məlumata görə, ”Baksol yolu” adlanan ərazidə yerləşən zibillikdə qadın meyiti tapılıb.

Polisdən həmçinin bildirilib ki, tapılan meyitin başı, iki qolları  və  sol ayağı kəsilib. Həmçinin meyitin daxili orqanları da çıxarılıb.

Hazırda polis meyitin şəxsiyyətini müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.