Xəbər lenti

Bakıda bina yandı: Sakinlər təxliyə olundu
Ölkə05:26 11.02.2014

Bakıda bina yandı: Sakinlər təxliyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Qaynar.info FHN-nin saytına istinadən xəbər verir ki hadisə nəticəsində Yasamal rayonu ərazisindəki 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 p.m və pilləkan qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib.

Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info