Bakıda yanğın hadisəsi qeydə alınıb.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Mehdi Mehdizadə küçəsində qeydə alınıb. Yanğın nəticəsində binanın kabelləri yanıb. 30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb.