Xəbər lenti

Bakıda biznesmen qadın özünü öldürdü
Ölkə08:02 16.02.2016

Bakıda biznesmen qadın özünü öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda əcnəbi qadın intihar edib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb. 
Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.
Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.
Qaynar.info