Bakıda "BMW X5" markalı avtomobil yolun ortasında alışıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında baş verib.
Əraziyə FHN və polis əməkdaşları cəlb olunub.
Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.