Xəbər lenti

Bakıda bomba həycanı: "Uşağın üzərinə bomba bağlamışam"
Ölkə12:31 15.08.2015

Bakıda bomba həycanı: "Uşağın üzərinə bomba bağlamışam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FHN-nin 112 "qaynar xətt"inə gələn zəng həyəcana səbəb olub. 
APA-nın vesti.az-a istinadən məlumatına görə, açıq mobil nömrədən zəng edən şəxs azyaşlı uşağın üzərinə bomba bağladığını deyib. Hadisə yerinə dərhal Binəqədi rayon Polis İdarəsinin əməkdaşları da gediblər. Mirəli Qaşqay küçəsində yerləşən ünvana gələn polis əməkdaşları burada nə uşaq, nə də bomba aşkarlayıblar. 
Amma zəng edən şəxs tapılıb. Onun Binəqədi rayon sakini Məmmədov Mahmud İslam oğlu olduğu müəyyən edilib. O saxlanılıb. Mahmud Məmmədovun sərxoş olduğu məlum olub. Araşdırma aparılır.
Qaynar.info