Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi (VİDEO)
Ötən ilin payızında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində sakinlərin 18 il yaşadıqları evlər çöküb.
O zaman məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilmişdi ki, Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diametri 1 200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evləri tikilib.
Artıq sakinlərə kompensasiya ödənilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kompensasiya köçürülən günədək sakinlərin aylıq kirayə haqqı da qurum tərəfindən hər ay vaxtlı-vaxtında ödənilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər