Xəbər lenti

Bakıda bu küçələr bağlanır - SİYAHI
Ölkə07:27 23.05.2014

Bakıda bu küçələr bağlanır - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının daha iki küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qaynar.info-nun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata əsasən,  bu gün saat 11:00-dan etibarən, Hüseyn Seyidzadə və Cavadxan küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.

Digər məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Mehdi Mehdizadə küçəsindən və Xocalı prospektindən istifadə etmələri tövsiyə olunur.

Qaynar.info