Xəbər lenti

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi
Ölkə17:40 19.08.2021

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək.
Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.