Xəbər lenti

Bakıda canavar sürüsü - FOTO
Ölkə14:02 18.01.2014

Bakıda canavar sürüsü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi rayonunda yırtıcı heyvanlar sakinləri qorxuya salıb


Bakının Binəqədi rayonu ərazisində həyət evlərinin yanında canavar sürüsü sakinlərin rahatlığını əlindən alıb. ANS PRESS-in məlumatına görə, canavar sürüsü Biləcəri qəsəbəsi Yahya Hüseynov küçəsində gecələr sakinləri vahiməyə salır. Sakinlərin sözlərinə görə, ərazinin yaxınlığıdan dəmir yolu xətti keçir. Həmin ərazi canavarların məskəninə çevrilib.

Qəsəbə sakini Yaqut Əliyeva deyir ki, dişi və erkək canavarlardan başqa, onların bir neçə balaları da var.

“Gecə küçəyə çıxmağa qorxuruq. İndi gündüzlər də həyətlərə soxulub, toyuq-cücəni aparırlar. Qorxuruq ki, bizə hücum edərlər. Bələdiyyəyə, İcra Hakimiyyətinə qədər şikayət etmişik. Bizim səsimizi eşidən yoxdur”, - deyə Yaqut Əliyeva bildirib.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ANS PRESS-ə məsələni aydınlaşdıracaqlarını bildirdi.

“Biz şikayətçilə danışdıq. Həmin əraziyə adamlarımızı göndərəcəyik. Əməkdşalarımız canavarları tutandan sonra, onların öldürüləcəyi, yaxud heyvanxanaya veriləcəyi barədə qərar veriləcək", - deyə İradə İbrahimova vurğuladı.


Qaynar.info