Xəbər lenti

Bakıda COVID-19-a ən çox yoluxma bu rayonda qeydə alındı
Ölkə06:54 05.05.2021

Bakıda COVID-19-a ən çox yoluxma bu rayonda qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.
Qaynarinfo xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.