Xəbər lenti

Bakıda çoxmərtəbəli yaşayış binası yanır: bir ailə 14-cü mərtəbədə qalıb (VİDEO)
Ölkə11:02 25.02.2019

Bakıda çoxmərtəbəli yaşayış binası yanır: bir ailə 14-cü mərtəbədə qalıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.
"Report” xəbər verir ki, əraziyə yanğınsöndürən maşınlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, "Təcili yardım” maşınları cəlb olunub. Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür. 
Binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb. Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.