Xəbər lenti

Bakıda daha 3 ərazidə hərəkət məhdudlaşdırılır
Ölkə06:21 04.04.2017

Bakıda daha 3 ərazidə hərəkət məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 11:00-dan axşam saatlarına qədər, Bakının Səbail rayonunda, Bayıl dairəsi – Bibiheybət yolunda, həmçinin paytaxtın Heydər Əliyev prospektinin Böyükşor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, buna səbəb avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsidir. 

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Qaynar.Az