Ötən gün axşam saatlarında Yasamal rayonunda əmi qardaşı oğlunu öldürüb.
Qaynar.info-nun verdiyi xəbərə görə, "Sovetski"nin Salatın Əsgərova küçəsində Tahir Atamalı oğlu Əliyev qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi azyaşlı oğlunun gözü qarşısında bıçaqlayıb. Şahidlərin verdiyi məlumata görə, əmi qardaşı oğluna 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri bud nahiyəsinə dəyib, biri ağ ciyəri parçalayıb, digər zərbə isə ürəyinə dəyib. Ərini xilas etmək üçün özünü qabağa atan həyat yoldaşı da bir neçə bıçaq zərbəsi alıb.
Həkimlər İlham Ramiz oğlu Əliyevi xilas edə bilməyiblər, həyat yoldaşının yaralarına istə tikiş qoyulub və evə buraxılıb.
Qardaşı oğlunu öldürən əmi polisə təslim olub.
Mübahisə zəminində baş verən qanlı olayın motivi bilinmir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.