Bakıda sərnişin avtobuslarının iştirakı ilə dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində "Daewoo" markalı iki sərnişin avtobusu toqquşub.
Nəticədə 1 nəfər aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Daha 5 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı zəruri araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.
Qaynar.info