Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər
Bakının Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Toyota” markalı minik avtomobili və “Daewoo” markalı sərnişin avtobusu toqquşub.
Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb. “Toyota” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.
Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45 radələrində başa çatıb.