Xəbər lenti

Bakıda dəhşətli qəza: 5 nəfər həlak oldu
Ölkə15:25 05.12.2017

Bakıda dəhşətli qəza: 5 nəfər həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 
Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 
Faktla bağlı araşdırma aparılır.