Xəbər lenti

Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu öldü - FOTO
Ölkə15:35 28.05.2019

Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu öldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ONA-nın xəbərinə görə, Ziya Bünyadov prospektində "Mitsibushi Picup" və BMW markalı avtomobillər toqquşub.
Zərbənin gücündən "BMW" işıq dirəklərinə çırpılıb. Qəza nəticəsində BMW-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.