
Xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb.
Bakıda növbəti dəfə avtobus qəzası baş verib. APA-nın məlumata görə, yol qəzası Zabrat qəsəbəsində qeydə alınıb. Qəzanı 105 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu törədib. Nəticədə 9 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info