Xəbər lenti

Bakıda dəhşətli yol qəzaları - VİDEO
Ölkə16:12 27.11.2013

Bakıda dəhşətli yol qəzaları - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daha çox yol hadisələri saat 18:00-dan 00:00-dək baş verir.

Bakının yol polisi paytaxtda baş vermiş yol-nəqliyyat hadisələrinin yeni videogörüntülərini yayıb.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədov 2013-cü ilin 10 ayı ərzində paytaxtda 870 yol qəzasının baş verdiyini bildirib.

Daha çox qəzalar saat 18:00-dan 00:00-dək olan zaman kəsiyində baş verir və bu təkcə iş günləri deyil, həm də istirahət – şənbə və bazar günləri də baş verir.

Qaynar.info