Xəbər lenti

Bakıda dilənçilərə qarşı növbəti əməliyyat
Ölkə15:58 25.02.2015

Bakıda dilənçilərə qarşı növbəti əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dünən bir neçə dilənçi saxlanılıb. 
Daxili İşlər Nazirliyindən bildiriblər ki, ümumilikdə 9 dilənçiliklə məşğul olan şəxs saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsi 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 7 nəfər, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, paytaxt ərazisində dilənçiliklə məşğul olan 2 nəfər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Qaynar.info