Xəbər lenti

Bakıda əməliyyat: 36 nəfər saxlanıldı
Ölkə09:05 22.10.2014

Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib. 

Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info