Xəbər lenti

Bakıda ər arvadını vəhşicəsinə döydü
Ölkə11:33 19.10.2013

Bakıda ər arvadını vəhşicəsinə döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə saat 01:55 radələrində Bakının Qaradağ rayonu ərazisində 40 yaşlı qadın vəhşicəsinə döyülüb.

Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, I massiv ünvanında yaşayan 1973-cü il təvəllüdlü Lətafət Soltanova möhkəm döyülüb. Onu təcili yardım həkimləri xəstəxanaya aparıblar. Qadının polis bölməsinə verdiyi ifadəyə görə, Lətafət həyat yoldaşı tərəfindən vurulub. Onun sözlərinə görə, bacısı əri tərəfindən dəfələrlə döyülüb. Hələlik Lətafətin ifadəsi alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info