Xəzər rayonunda baş verən hadisə zamanı yanğınsöndürənlər yaxınlıqdakı evləri yanğından mühafizə edə biliblər
Bakıda bu gün səhər saatlarında yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Xəzər rayonunda sahibi məlum olmayan ümumi sahəsi 180 kv.m olan ərzaq malları mağazasında baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.