Xəbər lenti

Bakıda evdən oğurluq - 20 min dollar, 20 minlik qızıl, 2 silah
Ölkə18:36 21.12.2016

Bakıda evdən oğurluq - 20 min dollar, 20 minlik qızıl, 2 silah

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə Sabunçu rayonu ərazisində mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb. Suraxanıda isə evə girən oğrular 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.

Qaynarinfo.Az Xezerxeber-ə istinadən xəbər verir ki, Hadisə Bakıda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Əli Kərim küçəsi ev 12 a ünvanında 26 nömrəli mənzildən oğurluq olub. Evdən 20 min dollar, 20 min manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.

Naməlum şəxslər Mayıl Şahverdiyevə məxsus mənzilə, pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. 

Daha bir oğurluq hadisəsi ötən gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində 5 nömrəli evdə qeyda alınıb. Sahibi Bəşir Nəbiyev evdə olmadığı zaman oğrular açar seçmə yolu ilə evə daxil olaraq 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hər iki faktla bağlı polis tərəfindən araşdırma aparılır .

Qaynarinfo.Az