
Bakıda fərdi yaşayış evindən 6 500 manat pul və müşahidə kameraları oğurlanıb.
Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Xatirə Əsgərovaya məxsus E.Əzizov küçəsi ev 11Q ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edilib.
Naməlum şəxs və ya şəxslər açarseçmə yolu ilə evdən 6 500 manat pul və müşahidə kameralarını və yaddaş diskini oğurlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaynarinfo.Az