
Yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqalədə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Qaynarinfo.Az-a daxil olan məlumata görə, aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.
Qaynarinfo.Az



