Xəbər lenti

Bakıda fahişələrdən pul qazanan qadın tutuldu
Ölkə09:13 12.10.2013

Bakıda fahişələrdən pul qazanan qadın tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nəsimi rayonunda mənzildə fahişəxana təşkil edən qadın tutulub. 

Qaynar.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Fatma Cahangirova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə və Nəsimi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Qadın İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Qaynar.info