Xəbər lenti

Bakıda fəhlə iş yoldaşını öldürdü
Ölkə14:47 28.10.2014

Bakıda fəhlə iş yoldaşını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qətl törədilib. 

Qaynar.info xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Aşıq Ələsgər küçəsində yerləşən çörək sexinin qarşısında qeydə alınıb. Çörək sexində fəhlə işləyən Elşad Kərimov iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.                                              

Hadisənin motivi hələlik məlum deyil. 

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qaynar.info