Xəbər lenti

Bakıda fəhlələrlə sakinlər arasında qarşıdurma
Ölkə10:57 04.07.2013

Bakıda fəhlələrlə sakinlər arasında qarşıdurma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində - Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasındakı meşə zolağı məhv edilir.

Bu barədə ANSPRESS-ə ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlər adından danışan Vaqif Əliyevin sözlərinə görə, 3-4 gündür ərazi hasara alınaraq ticarət mərkəzi tikimək üçün ağacları qırırlar. «Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir tədbir görülməyib», - deyən Vaqif Əliyevin sözloərinə görə, bu səhər ərazidə işləyən fəhlələrlə sakinlər arasında münaqişə baş verib. Nəticədə sakinlər fəhlələri ərazidən qovublar.

Qaynar.info