Xəbər lenti

Bakıda “Fərqli Dəyərlər” adlı layihə həyata keçiriləcək
Ölkə06:54 25.04.2014

Bakıda “Fərqli Dəyərlər” adlı layihə həyata keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən Bakıda  “Demokratik Gənclər” İctimai birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Avropa Komissiyasının dəstəyi ilə “Fərqli Dəyərlər” adlı layihənin icrasına start verilir. 

Layihə çərçivəsində 8 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Moldova, Çexiya,Fransa, Ukrayna və Litva) 24 nəfər gənc iştirak edir. Layihənin əsas məqsədi mədəniyyətlərarası dialoqun formalaşdırılması və ayrı-ayrı mədəniyyətlərin tanıtımıdır.

Əcnəbi gənclər  Bakıya səfər çərçivəsində bir neçə rəsmi görüşlər keçirəcəklər, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaqlar, həmçinin gələcək layihələrlə bağlı müxtəlif debat və disskusiyalarda iştirak edəcəklər.

Layihə çərçivəsində ölkəmizin tanıtımı məqsədi ilə iştirakçıların ölkəmizin müxtəlif mədəni və tarixi abidələrinə səfərləri də nəzərdə tutulub.

Qaynar.info