Xəbər lenti

Bakıda film kimi cinayət
Ölkə12:28 30.09.2014

Bakıda film kimi cinayət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 14:55 radələrin Bakı-Quba-Rusiya yolunun 145-ci kilometrliyində qız qaçırmaq istəyən gənc faciəvi şəkildə ölüb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov Sumqayıt şəhər sakini Lalə Fəxrəddin qızı Xanıyevanı qaçırıb.

Gənc qızı “Mercedes” markalı 50 CP 716 dövlət nömrə nişanlı avtomaşını ilə qaçırıb. Lakin qız buna mane olub. Qız qapını açaraq qaçmaq istəyib. Gənc əlindəki benzini üstlərinə tökərək yandırmaq istəyib. Bu zaman avtomobil yol kənarındakı dəmir maneəyə çırplıb.

Hadisə nəticəsində Mansur Yaqubov yanaraq ölüb. Qaçırdığı qız Lalə Xanıyeva isə yüngül yanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Qaynar.info