Bakının Nizami rayonunda ağacları qırırlar. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, Mehdi Abbasov küçəsində yaşıllıqlar, park məhv edilir. İki gündür başlayan "qırğın" hələ də davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, həmin sahə ilə məşğul olan departamentin əməkdaşları ağac kəsilən ünvana göndəriləcək. Araşdırma aparılandan sonra əlavə məlumat veriləcək.